Salvadorda zəlzələ olub: 1 ölü, 2 yaralı | 1news.az | Xəbərlər
Dünya

Salvadorda zəlzələ olub: 1 ölü, 2 yaralı

09:11 - 11 / 04 / 2017
Salvadorda zəlzələ olub: 1 ölü, 2 yaralı

Salvadorda 5,1 bal gücündə zəlzələ baş verib.

Təbii fəlakət nəticəsində azı 1 nəfər həlak olub. Qeyd olunur ki, həlak olan şəxs avtomobildə Los-Çorros avtomagistralı ilə hərəkət edən zaman avtomobilin üstünə böyük daş düşüb.

Yeraltı təkanların episentri Antiquo-Kuskatlan şəhərində, ocağı isə 4 kilometr dərinlikdə yerləşib.

Bundan əlavə bildirilir ki, daha 2 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

RİA Novosti

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər