Melaniya Trampa 3 milyon təzminat ödəniləcək
ABŞ prezidentinin xanımı Melaniya Tramp nüfuzuna kölgə salan məqaləyə görə “ Daily Mail” nəşrinin üzrxahlığını və təzminatı qəbul edib.
1news.az RİA Novostiyə istinadən xəbər verir ki, nəşr ötən il 20 avqust tarixində dərc etdiyi məqalədə xanım Trampın açıq-saçıq fotoları, keçmişi haqqında yazıb və hətta onun model kimi çalışdığı agentlikdə varlı müştərilərə xidmət göstərdiyini iddia edib.
Birinci xanımın vəkilləri London Ali Məhkəməsində keçirilən dinləmələr zamanı məqalənin yalan məlumatlara əsasən yazıldığını və birinci xanımın nüfuzuna kölgə saldığını bildiriblər.
“Associated Newspapers” nəşriyyat evi qəzetin qarşı tərəfdən üzr istədiyini bəyan edib. Birinci xanıma mənəvi ziyana görə ödəniləcək kompensasiyanın məbləği açıqlanmasa da, KİV bunun təxminən 3 milyon dollar olduğunu yazıb.
Nümayəndəsi Melaniya Trampın üzr və təzminatı qəbul etdiyini vurğulayıb.
Pərvanə Sultanova