“Flydubai”nin Qəbələyə uçuşlara başlayacağı tarix məlum oldu – EKSKLÜZİV | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Flydubai”nin Qəbələyə uçuşlara başlayacağı tarix məlum oldu – EKSKLÜZİV

14:47 - 13 / 04 / 2017
“Flydubai”nin Qəbələyə uçuşlara başlayacağı tarix məlum oldu – EKSKLÜZİV

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) arasında hava uçuşlarının sayının artırılması planlaşdırılır.

Bu barədə 1news.az-a ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov məlumat verib. Onun sözlərinə görə, cari ilin iyun ayının 1-də “Flydubai” Qəbələyə birbaşa uçuşlara başlayacaq.

Bundan əlavə, həmin tarixdən “Airarabia” aviaşirkəti Şarja-Bakı marşrutu üzrə gündəlik reyslər həyata keçirəcək:

“Şarjanın 2 milyon yarım əhalisi var, böyük turizm potensialına malikdir. Hazırda reyslər həftədə 4 dəfə həyata keçirilir, iyunun 1-dən isə gündəlik uçuşlara başlanacaq”.

Səfir vurğulayıb ki,  “Airarabia” ilə Gəncə və Naxçıvana birbaşa uçuşların həyata keçirilməsi ilə bağlı  danışıqlar aparılır. BƏƏ-nin paytaxtı Əbu Dabi ilə də birbaşa reysin açılması nəzərdə tutulub.

Pərvanə Sultanova

 

Paylaş:
1858

Son xəbərlər

Bütün xəbərlər