Peterburqda partlayış baş verib: xəsarət alan var | 1news.az | Xəbərlər
Dünya

Peterburqda partlayış baş verib: xəsarət alan var

22:29 - 13 / 04 / 2017
Peterburqda partlayış baş verib: xəsarət alan var

Rusiyanın Sankt Peterburq şəhərində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb.

1news.az APA-ya istinadən xəbər verir ki, partlayış Vasilyev adasındakı Çernışevski adına kitabxananın qarşısında baş verib.

Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb. Partlayış nəticəsində əlsiz qalan yeniyetmə təcili xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, yeniyetmənin kitabxananın yaxınlığında yerdən götürdüyü əşya onun əlində  partlayıb.

Hadisə yerinə polis cəlb edilib. Araşdırmalara başlanılıb.  

1news.az

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər