Ermənistanın müdafiə nazirinin yeni müavinləri bəlli olub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın müdafiə nazirinin yeni müavinləri bəlli olub

11:37 - 13 / 04 / 2017
Ermənistanın müdafiə nazirinin yeni müavinləri bəlli olub

Artak Davtyan və  Artak Zakaryan Ermənistanın müdafiə nazirinin müavinləri vəzifəsinə təyin ediləcəklər.

1news.am “aysor.am”a istinadən xəbər verir ki, bunu Ermənistan parıamentinin vitse-spikeri, Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib. O deyib ki, siyasi qərar artıq qəbul edilib: “Hər iki şəxs müdafiə nazirinin müavini vəzifəsində çalışacaq”.

Qeyd edək ki, hazırda Artak Davtyan parlamentin  elm, təhsil, mədəniyyət, gənclər və idman məsələləri üzrə daimi komissiyasının,  Artak Zakaryan isə xarici əlaqələr üzrə daimi komissiyanın sədridir.

Pərvanə Sultanova

Paylaş:
990

Son xəbərlər

Bütün xəbərlər