Türkiyə XİN: ATƏT-in rəyi qəbuledilməzdir | 1news.az | Xəbərlər
Dünya

Türkiyə XİN: ATƏT-in rəyi qəbuledilməzdir

22:13 - 17 / 04 / 2017
Türkiyə XİN: ATƏT-in rəyi qəbuledilməzdir

ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyinin açıqlamasında bildirilir.

“Referendumun beynəlxalq standartlara uyğun olmadığını demək qəbuledilməzdir”, məlumatda bildirilir.

Türkiyə XİN-in bəyanatında həmçinin bildirilir ki, ATƏT-in müşahidə missiyası referendumun qiymətləndirilməsində kifayət qədər obyektiv və qərəzsiz ola bilməyib.

Qeyd edək ki, ATƏT Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib. 

1news.az

Paylaş:
530

Son xəbərlər

Bütün xəbərlər