İŞİD Parisdəki terakta görə məsuliyyəti öz üzərinə götürüb | 1news.az | Xəbərlər
Dünya

İŞİD Parisdəki terakta görə məsuliyyəti öz üzərinə götürüb

10:30 - 21 / 04 / 2017
İŞİD Parisdəki terakta görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması bu gecə Fransanın paytaxtı Parisdəki terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Fransa Prezidenti Fransua Olland da hadisəni terror aktı kimi qiymətləndirib.

Qeyd edək ki, “Yelisey Çölləri” prospektində silahlı şəxs polis əməkdaşlarına hücum edib.

Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, biri isə ağır yaralanıb. Hadisəni törədən şəxs zərərsizləşdirilib.

RİA Novosti

Paylaş:
739

Son xəbərlər

Bütün xəbərlər