Azərbaycanlılar Hollandiyada kabab üstündə dalaşıblar: bıçaqlanan var - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Azərbaycanlılar Hollandiyada kabab üstündə dalaşıblar: bıçaqlanan var - VİDEO

16:59 - 24 / 04 / 2017
Azərbaycanlılar Hollandiyada kabab üstündə dalaşıblar: bıçaqlanan var - VİDEO

Hollandiyada toyda azərbaycanlılar arasında dava düşüb.

1news.az lent.az-a istinadən xəbər verir ki, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.

Məlumata görə, davaya səbəb kabab sifarişi olub. Qonaqlardan biri əlavə kabab sifariş vermək istəyib. O, sifarişin təcili gətirilməsini tələb edib. Bu zaman isə mübahisə yaranıb. Toy keçirilən məkanın kənarında davam edən mübahisə isə bıçaqlaşmaya səbəb olub.

Mərasim bıçaqlaşma hadisəsindən sonra da davam edib. Davadan sonra şikayətçi də daxil olmaqla iki nəfər saxlanılıb.

Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.

1news.az

 

 

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər