Çernobıl faciəsindən 31 il ötür - FOTO
Aprelin 26-da nüvə energetikası tarixində ən böyük texnolojı qəzanın - Çernobıl faciəsinin 30-cu ildönümü tamam olur.
1news.az xəbər verir ki, 26 aprel 1986-cı ildə Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı olub.
Stansiyasının 4-cü enerji blokunda yanğın baş verib. Alov genişlənərək 3 bloku bürüyüb. Hadisədən sonra həyat üçün təhlükəli olan radioktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.
Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, “ölüm bulud”unun yerdə qalan hissəsini küləklər cənuba “sürükləmişdi”.
Hadisə zamanı 7000-ə yaxın insan ölüb, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.
Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilmişdi. Artıq onlardan 2000 nəfəri Çernobılda aldıqları şüalanmadan vəfat edib.
Fərid Ədalət