Sağlamlıq imkanları məhdud insanlar üçün yeni qurğu yaradılıb - VİDEO
Əksər insanların smartfon, planşet və kompüterdən problemsiz istifadə etməsinə baxmayaraq bəziləri üçün bu vəzifəni yerinə yetirməyin qeyri-mümkün olmasına görə Kanadanın “Komodo OpenLab” şirkəti artıq 7 ildir sağlamlıq imkanları məhdud insanlar üçün elektron qurğuların idarə edilməsini sadələşdirəcək “Tecla” qurğusu üzərində çalışır.
1news.az ICTnews-a istinadən xəbər verir ki, bu dəfə şirkət qurğunun istifadəçilərə eyni anda səkkiz elektron cihazı idarə etməyə imkan verən yeni versiyasını təqdim edib.
Əlil arabasına inteqrasiya ediləcək “Tecla” istifadəçiyə elektronika ilə kreslonun idarə olunması üçün istifadə edilən eyni hərəkətlərlə işləməyə imkan verir.
Məlumata görə, səkkizədək smartfon, planşet və kompüteri qoşmağa şərait yaradan yeni versiyadan televizor, məişət cihazları və “Əşyalar interneti”nin tərkib hissəsi olan bütün qurğuların idarəetməsi üçün istifadə oluna bilər.
“Tecla” qurğusuna quraşdırılan ötürücülər qohumlara istifadəçilərin olduğu yeri, eləcə də onların aktivlik səviyyəsini və həmin yerin ətraf mühitinin temperaturunu izləməyə imkan verir. Bir dəfə enerji ilə doldurulan akkumulyator 48 saatlıq fasiləsiz istifadə üçün kifayət edir.
Tədarükünə bu ilin iyulunda başlanılacaq yeni “Tecla” qurğusunun pərakəndə satış qiyməti 499 dollar təşkil edəcək.
1news.az