Toya hazırlaşan nişanlıları ölüm ayırdı - FOTO | 1news.az | Xəbərlər
Dünya

Toya hazırlaşan nişanlıları ölüm ayırdı - FOTO

15:20 - 02 / 05 / 2017
Toya hazırlaşan nişanlıları ölüm ayırdı - FOTO

Türkiyədə ağır yol qəzası baş verib.

1news.az milli.az-a istinadən xəbər verir ki, toy hazırlıqları üçün İzmirə gedən nişanlı cütlük qəzaya düşüb.

Qəza bu gün səhər saat 7 radələrində Konya-Ereğli magistral yolunun 23-cü kilometrində baş verib. Bəyin sürdüyü avtomobil bilinməyən səbəbdən idarəetməni itərək səkiyə çırpılıb.

Qəza nəticəsində sükan arxasında olan bəy İzzettin Öztürk ölüb, Sevim Ergüner isə ağır yaralanıb.

Qəza yerində isə ən çox diqqət çəkən qadının avtomobildən yerə düşən gəlinliyi olub.

1news.az

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər