Elmar Məmmədyarov müxtəlif ölkələrin UNESCO-dakı nümayəndələrini qəbul edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələrini qəbul edib.
XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla UNESCO arasında qurulmuş uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib və təşkilin ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verdiyi qeyd edilib, UNESCO ilə ölkəmiz arasında əlaqələrin inkişafında ölkəmizin birinci vitse-Prezidenti Mehriban Əliyevanın rolu yüksək qiymətləndirilib.
UNESCO-nun səfirləri Azərbaycan prezidenti İlham Əliyevin Forumdakı məzmunlu çıxışını və səsləndirdiyi fikirlərini təqdir ediblər.
Nazir E. Məmmədyarov Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinə toxunaraq seçildiyi təqdirdə, onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirib.
1news.az