Putin İlham Əliyevə təbrik məktubu göndərib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Böyük Vətən müharibəsində qələbənin 72-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.
1news.az-ın “kremlin.ru”ya istinadən məlumatına görə, təbrik məktubunda deyilir ki, Qələbə günü vətənin və bütün bəşəriyyətin faşizmdən qorunması naminə cəbhədə çiyin-çiyinə mübarizə aparmış ata və babalarımızın misilsiz qəhrəmanlığının simvoludur.
V. Putin bildirib ki, bu xilaskar döyüşçülərə ən böyük hörmət tarixin saxtalaşdırılmasına, faşizm və nasizm ideyasına haqq qazandırılmasına qarşı birgə mübarizə olacaq.
O, bütün müharibə veteranlarına uzun ömür, can sağlığı arzu edib.
Təbrik məktubu Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinə də göndərilib.
1news.az