Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Tarix institutu arasında memorandum imzalanıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Tarix institutu arasında memorandum imzalanıb - FOTO

23:00 - 08 / 05 / 2017
Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Tarix institutu arasında memorandum imzalanıb - FOTO

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2017-ci il üçün elmi iş planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev – Dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda elmi konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim heyəti, dinləyiciləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A. Bakıxanov adına Tarix İnstitutunun nümayəndə heyəti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin professor-müəllim heyəti və kusantları, Silahlı Qüvvələrin  Təlim və Tədris Mərkəzinin komandanlığı və müəllimləri  iştirak ediblər.

Tədbir açıq elan edildikdən sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev “Heydər Əliyev irsində Azərbaycan ordu quruculuğu və hərb tarixi mövzusu”nda çıxış edib.

Daha sonra məruzə ilə AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Heydər Əliyev – Dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans zamanı AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun və Silahlı Qüvvələrin Hərbi Akademiyasının elmi nəşrlərinin sərgisinə baxış keçirildikdən sonra sərgidə nümayiş etdirilən çoxsaylı ədəbiyyat Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov tərəfindən Hərbi Akademiyaya hədiyyə edilib.

Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutu arasında Memorandum imzalanıb.

Elmi-praktiki cəhətdən əhəmiyyətli olan məruzələr ətrafında müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.

Konfransda “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq məsələləri” sənədli filmi nümayiş etdirilib, hərb tarixi üzrə işçi qrupun üzvləri ilə “Heydər Əliyev və Azərbaycanda hərb tarixi elmi ” mövzusunda plenar iclas keçirilib.

1news.az

Paylaş:
1018

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər