Fransanın yeni birinci ledisi kimdir? - FOTO
Mayın 7-də Fransada keçirilən prezident seçkilərinin ikinci turunda gözlənildiyi kimi Emmanuel Makron 65.9 faiz səslə qalib gəldi.
39 yaşlı Makron həm də ölkə tarixinin ən gənc prezidenti oldu.
Hazırda Fransanın yeni prezident qədər yeni birinci ledi Bricit Makron da diqqət mərkəzindədir. Bricit həm də həyat yoldaşından 24 yaş böyük olması ilə gündəmə gəlib. Cütlüyün maraqlı sevgi taixçəsi var. Bəs Fransanın yeni birinci xanımı kimdir?
Bricit 1953-cü ildə Amiens şəhərində doğulub. E.Makron hələ hələ 15 yaşı olarkən Amiensdəki liseydə özündən 24 yaş böyük olan ədəbiyyat müəllimi Bricitə aşiq olub. O zaman ailəli olan xanımın 3 övladı olub.
Müəlliminin dəfələrlə "yox " deməsinə, öz ana və atasının onu Parisdə başqa məktəbə göndərməsinə baxmayaraq, Makron "bir gün geri dönəcəyəm və səninlə evlənəcəyəm" deyib.
Və verdiyi sözü 30 yaşında yerinə yetirdi.
Bricit qızı Laurence Auzièreden bir neçə ay kiçik olan Emmanuel Makronun sevgisinə uzun müddət cavab verməyib, lakin yazdığı sevgi məktubları, romantika qarşısında məğlub olduğunu etiraf edib.
Makrondan əvvəl bank işçisi Andre-Louis Auzière ilə evli olan yeni birinci xanımın bu evlilikdən üç övladı var.
Pərvanə Sultanova