IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bolqarıstan KİV-lərinin diqqət mərkəzində - FOTO | 1news.az | Xəbərlər
Siyasət

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bolqarıstan KİV-lərinin diqqət mərkəzində - FOTO

14:22 - 09 / 05 / 2017
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bolqarıstan KİV-lərinin diqqət mərkəzində - FOTO

Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bolqarıstan mediasında geniş işıqlandırılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Bolqarıstanın aparıcı mətbu orqanı olan “Standard” qəzeti, “Fokus” və “Kross” informasiya agentlikləri, “Novinite” xəbər portalı Forum haqqında ingilis və bolqar dillərində məqalələr yayıb.

Məqalələrdə iki ildən bir keçirilən Forumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olduğu və 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün təsis edilmiş “Bakı prosesi”nin bir hissəsi olduğu bildirilir. Forumda müasir dünyamız üçün aktuallıq kəsb edən önəmli məsələlərin müzakirə edildiyi diqqətə çatdırılır. Dövlət və hökumət başçılarını, nazirləri, beynəlxalq təşkilatların rəhbərlərini, siyasətçiləri, ekspertləri, sülhməramlı səfirlərı, jurnalistləri, görkəmli ziyalıları bir araya gətirən bu Forumun mədəniyyətlərarası dialoqun əhəmiyyətinin dünyaya yayılması, xalqlar arasında müxtəliflik, dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsi istiqamətində insanlar, ölkələr və təşkilatlar tərəfindən konkret addımların atılması üçün imkan yaratdığı və bunu təşviq edəcək beynəlxalq platformaya çevrildiyi bildirilir.

Məqalələrdə, həmçinin Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu unikal məkan olan Azərbaycan haqqında tolerantlıq nümunəsi kimi bəhs edilir, multikulturalizmin ölkəmizin üstün dəyərlərindən biri olduğu qeyd edilir.

Tolerantlıq və multikulturalizmin dərin köklərinə malik olan ölkə kimi Bolqarıstanın da Forumda yüksək səviyyədə təmsil olunduğu məqalələrdə diqqətə çatdırılır.

Bolqarıstanın “Mediapool.bg” xəbər saytında “Azərbaycan Prezidenti multikulturalizmin müdafiəsində” adı ilə yayılmış məqalədə də Forumdan bəhs edilir, Prezident İlham Əliyevin Forumun açılışında iştirak etdiyi və iştirakçıları müxtəlif mədəniyyətlərin birgə sülh içində yaşaya bilməsinin real olduğunu sübut etmək üçün birgə səylərin göstərilməsinə çağırdığı vurğulanır.

S.Xankişiyeva

Paylaş:
681

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər