Los Ancelesdə erməni lobbisinin azərbaycanlıların tədbirinə mane olma cəhdləri boşa çıxıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Los Ancelesdə erməni lobbisinin azərbaycanlıların tədbirinə mane olma cəhdləri boşa çıxıb - FOTO

10:43 - 09 / 05 / 2017
Los Ancelesdə erməni lobbisinin azərbaycanlıların tədbirinə mane olma cəhdləri boşa çıxıb - FOTO

ABŞ-ın Los Anceles şəhərində ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü ilə əlaqədar geniş konsert keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı və Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Los Ancelesin qədim və əzəmətli Orfeum Teatrında təşkil olunan konsert, 2 minə yaxın amerikalı tamaşaçı tərəfindən böyük rəğbət və ayaqüstü alqışlarla qarşılanıb.

 Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbiri açaraq, çoxsaylı tamaşaçı kütləsini salamlayıb, bu əlamətdar günün önəmindən bəhs edib. Diplomat, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda göstərdiyi müstəsna tarixi xidmətlər barədə danışaraq qeyd edib ki, dahi dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın israrlı çağırışlarından sonra Bakıya qayıtmış, qısa müddət ərzində ölkədə sabitliyin yaradılmasına nail olaraq və önəmli siyasi və iqtisadi islahatlara, eləcə də milli maraqlarımıza əsaslanan xarici siyasətin həyata keçirilməsinə start verərək, çağdaş Azərbaycanın sürətli inkişafının əsasını qoyub.

N.Ağayev həmçinin, bildirib ki, ümummilli liderin Azərbaycanın inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə, ölkəmiz bütün sahələrdə günü-gündən daha da qüdrətlənir, həm bölgədə, həm də bütün dünyada nüfuzlu dövlət kimi qəbul olunur.

 Sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, ulu öndərin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində tapıb.

 Sonra Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən hazırlanmış, Heydər Əliyevin ömür yolunu əks etdirən video-material tamaşaçıların diqqətinə təqdim olunub.

 Daha sonra konsert proqramı başlayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub. Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova, gənc müğənni Arzu Əliyeva, əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən yüksək məharətlə ifa edilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, ariyalar, eləcə də gənc rəqqasə Röyalə Əliyevanın təqdim etdiyi rəngarəng rəqslər bütün tamaşaçıları valeh edib.

Həmçinin, Qara Qarayevin “Yeddi Gözəl” baletindən valsın Kaliforniyanın San Dieqo Baleti tərəfindən ifası böyük maraq doğurub.

 Konsert tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.

 Qeyd edək ki, Los Ancelesdəki radikal və aqressiv erməni lobbisi konsertdən öncə müxtəlif vasitələrlə konsertin keçirilməsinə mane olmağa çalışıblar. Məqsədlərinə nail olmadıqlarını görən erməni lobbi təşkilatları, tədbir günü Orfeum Teatrının qarşısında etiraz aksiyası keçiriblər. Ancaq etiraz aksiyası konsertə gələn tamaşaçıların geniş etinasızlığı ilə üzləşərək, erməni lobbisinin növbəti uğursuzluğu ilə nəticələnib.

1news.az

 

Paylaş:
656

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər