Həmsədr: “Qarabağda müharibə bütün regionun stabilliyini sarsıda bilər” | 1news.az | Xəbərlər
Siyasət

Həmsədr: “Qarabağda müharibə bütün regionun stabilliyini sarsıda bilər”

13:17 - 10 / 05 / 2017
Həmsədr: “Qarabağda müharibə bütün regionun stabilliyini sarsıda bilər”

Aprelin 28-də Moskvada baş tutmuş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə pozitiv baxa bilərik.

1news.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu  ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

O bildirib ki, hazırda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər iki nazir növbəti addımın nə olacağı barədə danışıqlar aparırlar:

“Lakin indi yüksək səviyyədə ciddi danışıqlara başlayıb problemi birdəfəlik həll etməyin vaxtıdır. Bizim də həmsədrlər olaraq fəaliyyətimiz ondan ibarətdir ki, çalışaq danışıqları yüksək səviyyəyə qaldıraq, bununla da hər iki tərəfi bir araya gətirək”.

Həmsədr əlavə edib ki, Moskva və Vaşinqton arasında münasibətlərin necə olmasından asılı olmayaraq Rusiya və ABŞ bu məsələdə daim birlikdə çalışmaqda davam edəcək:

“Hər iki tərəfin həmsədrləri arasında illər boyu sıx olaraq qurulan əlaqələr bunu deməyə imkan verir. Ona görə də hesab edirəm ki, Moskva ilə Vaşinqton arasındakı münasibətlər bu problemin həlli prosesinə heç bir mənfi təsir göstərməyəcək. Moskva Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə istəmir. Bu, bütün regionun stabilliyini sarsıda bilər və Rusiyanın maraqlarına ziddir”.

Hoqlandın sözlərinə görə, Rusiya ilə ABŞ-ın milli maraqlarında fərqlilik var, buna səbəb ölkələrin dünyada baş verən hadisələrə fərqli yanaşmalarıdır:

"Amma bu o demək deyil ki, biz xüsusi məsələlərdə birlikdə çalışa və problem həll edə bilmərik”.

Həmsədr hesab edir ki, ABŞ Qarabağ probleminin həllində daha çox rol oynamalıdır:

"Biz yeni Prezident Adminstrasiyasının ilk mərhələsindəyik. Vaşinqton xarici siyasətlə bağlı müxtəlif versiyaları nəzərdən keçirir, ona görə də gəlin bir qədər səbrli olaq. Gələcək aylarda hansı inkişafa nail ola biləcəyimizi görəcəyik". 

Pərvanə Sultanova

Paylaş:
607

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər