Boksçumuz IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb | 1news.az | Xəbərlər
İdman

Boksçumuz IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb

15:32 - 12 / 05 / 2017
Boksçumuz IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, 91 kiloqramdan yuxarı çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb.

Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan M.Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib.

O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də olacaq.

S.Xankişiyeva

Paylaş:
829

Son xəbərlər

Bütün xəbərlər