İslam Oyunlarında ağır atletika yarışları başlayır
Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarında ağır atletika yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib.
Azərbaycan Ağır Atletika Federasiyasından 1news.az-a verilən məlumata görə, yarışlarda körpücük üzərində 21 ölkədən 130 atleti izləmək imkanımız olacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyətlə – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılıb.
Vaxt cədvəlinə əsasən, 13-17 may tarixlərində keçiriləcək yarışlara hər gün saat 12:00-da start veriləcək. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyən ediləcək.
İslam Oyunlarında ağır atletika yarışlarına çəkisi 56 kq-a qədər olan kişilər start verəcək. 1-ci sessiya mayın 13-ü, saat 12:00-da başlayacaq. Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq.
Yarışlar Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.
Vaxt cədvəli və iştirakçıların tam siyahısı olan Start Kitabı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.
http://www.aaaf.az/wp-content/uploads/2017/05/START-KITABI.pdf
Babək Cahandarov