Avtomobildə 36 ədəd mobil telefon aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobildə 36 ədəd mobil telefon aşkar edilib

12:39 - 12 / 05 / 2017
Avtomobildə 36 ədəd mobil telefon aşkar edilib

Şəxsi avtomobilində ölkəyə qanunsuz yolla 36 ədəd telefon keçirmək istəyən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa oturacağının və həmin oturacağın söykənəcəyinin içində xüsusi düzəldilən saxlanc yerindən 36 ədəd “Nokia” markalı telefon və 52 ədəd adapter aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
780

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər