Təhsil Nazirliyi müəllimin ölüm səbəbinə aydınlıq gətirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi müəllimin ölüm səbəbinə aydınlıq gətirib – FOTO

12:42 - 12 / 05 / 2017
Təhsil Nazirliyi müəllimin ölüm səbəbinə aydınlıq gətirib – FOTO

Dünən bir neçə KİV-də Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın (Babayeva) vəfatı ilə əlaqədar yanlış məlumat yerləşdirilib.

Bu haqda Təhsil Nazirliyin informasiya şöbəsinin müdiri Cəsarət Valehov Facebook səhifəsində qeyd edib:

“Həmin məlumatda qeyd olunur ki, müəllim diaqnostik qiymətləndirmə zamanı dünyasını dəyişib. Müəllimin harada dünyasını dəyişməsindən asılı olmayaraq, biz ona Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı veririk.

Ancaq fakt budur ki, Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın mayın 11-də dərs zamanı halı pisləşib, yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada vəfat edib”.

Həmçinin Cəsarət Valehov onu da qeyd edib ki, Gülxar Qazıyevanın diaqnostik qiymətləndirmədə iştirak vaxtı mayın 13-də nəzərdə tutulmuşdu.

S.Xankişiyeva

Paylaş:
973

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər