"Eurovision"un Təşkilat Komitəsi soyunan "azarkeş"ə görə üzr istədi | 1news.az | Xəbərlər
Mədəniyyət

"Eurovision"un Təşkilat Komitəsi soyunan "azarkeş"ə görə üzr istədi

15:11 - 15 / 05 / 2017
"Eurovision"un Təşkilat Komitəsi soyunan "azarkeş"ə görə üzr istədi

 “Eurovision 2017” beynəlxalq mahnı müsabiqəsinin təşkilat komitəsi Kiyevdə yarışmanın finalı zamanı səhnəyə çıxraq soyunan şəxsin hərəkətinə görə üzr istəyib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, açıqlamada Sedyukanın hərəkətinin yolverilməz və qəbuledilməz olduğu, bunun ümumi qəbul edilmiş normaların əksinə olduğu vurğulanıb: 

“Təşkilat Komitəsi belə fors-major hadisənin baş verməsinə görə Camaladan və onun komandasından üzr istəyir”. 

Qeyd edək ki, hadisə müsabiqənin ötənilki qalibi Camalanın ifası zamanı baş verib.

Belə ki, jurnalist Vitali Sedyuk Avstraliya bayrağına bürünərək səhnəyə çıxıb və Camalanın qarşısında şalvarını aşağı çəkib. Onu mühafizəçilər saxlayıb. 

Həmin şəxsi  ya cərimə, ya da 5 il azadlıqdan məhrumetmə gözləyir.

1news.az

Paylaş:
1072

Son xəbərlər

Bütün xəbərlər