Bank Respublika faydalı mikrokredit təklif edir
25 illiyi ərəfəsində Bank Respublika kiçik və orta biznes fəaliyyəti ilə məşğul olan sahibkarlara “Faydalı mikrokredit” adlı kredit məhsulunu yeni şərtlərlə təklif edir.
Bu məhsul biznesin inkişafı və genişləndirilməsi məqsədilə faydalı şərtlərlə verilir.
Kreditin maksimal məbləği 15 000 manatdan 20 000 manatadək artırılıb, illik faiz dərəcəsi isə 12%-dən başlayır. Kredit 24 ay müddətinədək verilir. Bankın istənilən filialına müraciət edərək faydalı mikrokrediti almaq mümkündür.
Yeni şərtlərə əsasən, indi daşınmaz əmlak, nəqliyyat vasitələri, dövriyyədə olan əmtəə, təchizat, digər banklardan zəmanətlər və depozitlə yanaşı, girov qismində müştərinin ev əmlakı da çıxış edə bilər.
Bank Respublika-dan kredit almağın əsas üstünlükləri odur ki, kredit borclarını banka gəlmədən “İnternet şöbə” xidməti və “Mobil şöbə” əlavəsi üzərindən ödəmək mümkündür.
Bank Respublika-nın biznes sahəsində xidmət göstərməsinin başlıca hədəfi – hər bir sahibkar üçün faydalı maliyyə partnyoru olmaqdır.
Şərtlər haqqında daha ətraflı məlumatı bankın saytından əldə edə bilərsiniz.
Bank Respublika – 25 il Sizə Faydalı!