Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək

18:46 - 15 / 05 / 2017
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iclasda 10 məsələ müzakirə olunacaq.

Deputatlar “Məhkəmə-Hüquq Şurası haqqında”, “Pasportlar haqqında”, “Telekommunikasiya haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.

Daha sonra “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi barədə müzakirə aparılacaq.

“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihələrinə ikinci oxunuşda baxılacaq.

İclasda, həmçinin “Şəhərsalma və Tikinti” və “İnzibati Xətalar” məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri nəzərdən keçiriləcək.

1news.az

Paylaş:
776

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər