Azərbaycan “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təşkili üzrə konfransda təmsil olunacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təşkili üzrə konfransda təmsil olunacaq

17:22 - 16 / 05 / 2017
Azərbaycan “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təşkili üzrə konfransda təmsil olunacaq

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən,  “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının iyulun 29-dan avqustun 12-dək beş ölkənin - Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiyanın ərazisində keçirilməsi planlaşdırılır.

S.Xankişiyeva

Paylaş:
465

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər