Növbəti köç karvanı Ağdam şəhərinə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb

1news Redaksiyası13:28 - Bu gün
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb

“Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Oktyabrın 30-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə 70 ailə olmaqla, 238 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər