İki avtomobil toqquşdu, biri səkiyə çıxdı – Bakıda qəza | 1news.az | Xəbərlər
Cəmiyyət

İki avtomobil toqquşdu, biri səkiyə çıxdı – Bakıda qəza

1news Redaksiyası14:01 - Bu gün
İki avtomobil toqquşdu, biri səkiyə çıxdı – Bakıda qəza

Bu gün paytaxtın Nəsimi rayonu ərazisində - Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması nəticəsində “Hyundai” və “BYD” markalı 2 nəqliyyat vasitəsi toqquşub.

Zərbənin təsirindən “Hyundai” yolun hərəkət hissəsindən çıxaraq səkiyə çıxıb.

Xoşbəxtlikdən həmin vaxt səkidə piyada olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər