20 Yanvar hadisələri zamanı aldıqları xəsarətlərdən vəfat etmiş şəxslərə fəxri ad verilib | 1news.az | Xəbərlər
Rəsmi

20 Yanvar hadisələri zamanı aldıqları xəsarətlərdən vəfat etmiş şəxslərə fəxri ad verilib

19:10 - 16 / 05 / 2017
20 Yanvar hadisələri zamanı aldıqları xəsarətlərdən vəfat etmiş şəxslərə fəxri ad verilib

Prezident İlham Əliyev “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar Şəhidi” fəxri adı haqqında Əsasnamə”yə uyğun olaraq qərara alıram: 

1. 1990-cı il 20 Yanvar hadisələri nəticəsində aldıqları xəsarətlərdən vəfat etmiş aşağıdakı şəxslərə “20 Yanvar Şəhidi” fəxri adı verilsin:

Adilov Musa Ramazan oğlu

Məmmədova Rəna Təyyar qızı.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər