MN Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistan tərəfindən vurula biləcəyi barədə KİV-də yayılan xəbərə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

MN Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistan tərəfindən vurula biləcəyi barədə KİV-də yayılan xəbərə münasibət bildirib

21:54 - 16 / 05 / 2017
MN Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistan tərəfindən vurula biləcəyi barədə KİV-də yayılan xəbərə münasibət bildirib

“Azərbaycanın hava məkanı, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyi etibarlı şəkildə fasiləsiz qorunur və bu məsələlərin daim nəzarətdə saxlanılması təmin edilir”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən vurula biləcəyi barədə kütləvi informasiya vasitələrində yayılan xəbərə cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

“Ermənistanın terrorizmə meylliliyi və onu hər zaman dövlət səviyyəsində dəstəkləməsi təkcə Azərbaycana deyil, bütün dünyaya məlumdur. Qoşunlarımızın silahlanmasında hava məkanımıza və aviasiya vasitələrinə təhdid təşkil edən istənilən obyekti əvvəlcədən aşkar etmək, izləmək və məhv etmək üçün yüksək dəqiqliyə malik silah və texnika mövcuddur”, - deyə nazirlikdən qeyd ediblər.  

1news.az

Paylaş:
530

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər