Komandamız 10 metrdən pnevmatik tapança ilə atəşaçmada qızıl medal qazandı | 1news.az | Xəbərlər
İdman

Komandamız 10 metrdən pnevmatik tapança ilə atəşaçmada qızıl medal qazandı

13:29 - 17 / 05 / 2017
Komandamız 10 metrdən pnevmatik tapança ilə atəşaçmada qızıl medal qazandı

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında qalib gələn Azərbaycan idmançıları İslamiadanın çempionu olublar.

1news.az  xəbər verir ki, Ruslan Lunyovdan və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gələrək qızıl medala layiq görülüblər.

İranın birinci komandası isə üçüncü yerə çıxıb.

İkinci komandamız - Rəsul Məmmədov və Zərifə Qasımova isə yarışı 7-ci yerdə başa vurub.

1news

 

Paylaş:
989

Son xəbərlər

Bütün xəbərlər