Şəhid anası vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid anası vəfat etdi

1news Redaksiyası15:05 - Bu gün
Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib.

Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək.

Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayevə bu il şəhid status verilib. Prezidentin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər