Çaylarda sululuq artıb, Pirsaatçay və Göyçay çaylarından daşqın və sel keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda sululuq artıb, Pirsaatçay və Göyçay çaylarından daşqın və sel keçib

19:25 - 17 / 05 / 2017
Çaylarda sululuq artıb, Pirsaatçay və Göyçay çaylarından daşqın və sel keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ölkə ərazisində yağan yağış, yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində respublikanın əksər çaylarında sululuq artıb, Pirsaatçay və Göyçay çaylarından isə qısamüddətli daşqın və sel keçib.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 100-180, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, mayın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 450 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 330 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 189 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 139 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, mayın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 16, Salyanda 24, Bankədə 8 sm artım, Araz çayının Novruzlu məntəqəsində və Surrada 10 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2016-cı il mayın 17-də 368 sm), Şirvanda 239 sm, Salyanda 197 sm (2016-cı il mayın 17-də 223 sm), Bankədə 191 sm (2016-cı il mayın 17-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 sm (2016-cı il mayın 17-də 80 sm) təşkil edir.

1news.az

Paylaş:
985

Son xəbərlər

Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31
Bütün xəbərlər