İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi "Renault Premium" markalı yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, kinoloji xidmət itinin reaksiyasına əsasən nəqliyyat vasitəsinin salonunda aparılan yoxlama zamanı sürücüyə məxsus şəxsi ləvazimatların olduğu əl çantasından üzərində "Pepsi" sözləri yazılan 300 ml-lik qabda xalis çəkisi 0.23 qram təşkil edən narkotik vasitə-metadon aşkar edilib.
Qeyd edək ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin 2-ci siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
1news.az
632