Kərəm Həsənov Balakən və Zaqatala sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kərəm Həsənov Balakən və Zaqatala sakinləri ilə görüşəcək

23:11 - 17 / 05 / 2017
Kərəm Həsənov Balakən və Zaqatala sakinləri ilə görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 26-da Balakən rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitədən 1news.az-a verilən məlumata görə, Balakən Rayon Mədəniyyət Evində keçiriləcək qəbul saat 11:00-da başlayacaq. Qəbulda Balakənlə yanaşı Zaqatala rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq.

Komitə sədri qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbulda yuxarıda qeyd olunmuş Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:    

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Komitənin 17 saylı ərazi şöbəsi: (2422)  5-22-52,  (2429) 5-10-56

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi: (02422) 4-00-63, (02429) 5-21-73

Eyni zamanda vətəndaşlar Şəki şəh. 20 Yanvar küç. 8 və Balakən şəhəri, R.Səmədov küçəsi,3 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.

1news.az

Paylaş:
669

Son xəbərlər

FHN silsilə maarifləndirmə tədbirləri keçiribBu gün, 16:41Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdıBu gün, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinirBu gün, 15:39Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:08Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47
Bütün xəbərlər