Zaxarova: Moskva Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir
Rusiyada Azərbaycan vətəndaşlarının maraqlarını 260-a yaxın təşkilat təmsil edir.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsini şərh edərkən deyib:
“Rusiya Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir, münasibətlərin möhkəmləndirilməsi kursu hər iki ölkə rəhbərləri tərəfindən qəbul edilib”.
Zaxarova əmin olduğunu vurğulayıb ki, qurumun ləğv edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyəcək.
S.Xankişiyeva
659