Fransada Azərbaycana həsr olunmuş foto-sərgi keçirilib - FOTO
Mayın 16-da Parisdə Azərbaycan Dostları Assosiasiyası və Paris Azərbaycan Evinin təskilatçılığı ilə “Azərbaycana səyahət” adlı foto-sərginin vernisajı keçirilib.
1news.az-a Assosiasiyadan verilən xəbərə görə, sərgi Şərq və Türkdilli dövlətlərin arasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 99-cu müstəqillik ildönümü münasibətilə təşkil olunub.
Vernissajı Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva açaraq qonaqlara sərginin məqsədi barədə məlumat verib, fotoların muəlliflərini təqdim edib.
Daha sonra vernisajda iştirak edən Azərbaycanının Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranışı və tarixi barədə danışıb bu günün ölkə tarixindəki çox mühüm bir gün olduğunu qeyd edib.
Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean François Mansel öz növbəsində Azərbaycan-Fransa dostluq əlaqələrinin getdikcə daha da genişləndiyini və Azərbaycanın məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını vurğulayıb.
Sərgidə Azərbaycan fotoqrafları Vüqar İbadov, Etibar Cəfərov və Kərim Abbasovun fotolarından təqdim olunub. Azərbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirən fotolar seyirçilər tərəfinden geniş rəğbətlə qarşılanıb.
Tədbridə Fransa Parlament və Senat üzvləri, fransız jurnalistlər, şirkət rəhbərləri və diaspora nümayəndələri iştirak edib.
Mayın 2-də açılan sərgi 31-ə kimi davam edəcək.
S.Xankişiyeva