Bakıda zavodda patlayış, ölən və yaralanan var
Bu gün Bakının Nərimanov rayonundakı Bakı Mexaniki Tökmə Zavodunda partlayış olub.
1news.az-ın məlumatına görə, saat 14:00 radələrində baş verib.
Oksigen balonlarında baş verən qəfil partlayış nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Məmmədov Zamiq Qəhrəman oğlu dünyasını dəyişib, qardaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət işi başlanıb, araşdırma aparılır.
Məlumata görə, ölən və xəsarət alan qardaşlar zavoda qaz balonlarını doldurmağa gəlibmiş. Həmin vaxt zavodda partlayış baş verib.
1news.az
815