Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

14:13 - 21 / 05 / 2017
Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

Mayın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan müdafiə naziri Levan İzorianın dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

1news.az bu barədə Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir.

Səfər çərçivəsində müdafiə nazirinin qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

1news.az

Paylaş:
779

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər