Filippinin prezidenti Trampı özünün dostu adlandırıb | 1news.az | Xəbərlər
Dünya

Filippinin prezidenti Trampı özünün dostu adlandırıb

15:24 - 21 / 05 / 2017
Filippinin prezidenti Trampı özünün dostu adlandırıb

Filippinin prezidenti Rodriqo Duterte ABŞ lideri Donald Trampı öz dostu adlandırıb.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumaya görə, bunu Duterte Rusiya mətbuatına verdiyi müsahibəsində deyib.

Filippin prezidenti deyib: "Mən Amerikanın əleyhinə deyiləm. Bizdə hər şey yaxşıdır. Tramp mənim dostumdur".

Qeyd edək ki, Filippinin prezidenti vaxtilə ABŞ-a, xüsusən Barak Obamaya qarşı çox sərt fikirləri ilə məşhurlaşıb.

1news.az

 

 

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər