Birinci vitse-prezident İslamiadanın qadın güləşçilərini mükafatlandırıb | 1news.az | Xəbərlər
İdman

Birinci vitse-prezident İslamiadanın qadın güləşçilərini mükafatlandırıb

19:39 - 21 / 05 / 2017
Birinci vitse-prezident İslamiadanın qadın güləşçilərini mükafatlandırıb

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 69 və 48 kq çəki dərəcəsində qalib gələn qadın güləşçilərin mükafatlandırma mərasimləri keçirilib.

1news.az-ın məlumatına görə, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

69 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Elis Manolova, 48 kq-da isə digər güləşçimiz Mariya Stadnik birinci olub.

Çempion idmançılarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər