Heydər Əsədov 5 rayondan olan sakinlərlə görüşəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov may ayının 26-da Yevlax şəhərində Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında keçriləcək görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Yevlax şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Babək Cahandarov
616