İslamiadanın son günü Olimpiya stadionuna necə getmək olar? – XƏRİTƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

İslamiadanın son günü Olimpiya stadionuna necə getmək olar? – XƏRİTƏ

10:11 - 22 / 05 / 2017
İslamiadanın son günü Olimpiya stadionuna necə getmək olar? – XƏRİTƏ

Bu gün axşam Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçiriləcək.

Minlərlə insan, eləcə də şəhərimizin qonaqları həmin mərasimdə iştirak edəcək. Təbii olaraq hər kəsi bağlanış mərasimi üçün Olimpiya stadionuna necə getmək maraqlandırır. Belə ki, həmin əraziyə nə şəxsi avtomobillə, nə də taksi ilə getmək mümkün olmayacaq.

Beləliklə, stadiona getmək istəyən tamaşaçılar Bakı metropoliteni və ekspress-avtobusların xidmətindən istifadə etməlidir. Oyunlara bilet almış tamaşaçılar bu nəqliyyat vasitələrindən pulsuz istifadə edə biləcək. Ekspress-avtobusların dayanacaqları 20 Yanvar, Gənclik və Qara Qarayev metro stansiyalarında yerləşir. Koroğlu metrostansiyası ilə gələn tamaşaçılar stadiona piyada gedə bilərlər.

Bağlanış  mərasiminə vaxtında gəlmək vacibdir – saat 17:00-dan 20:00-dək ekspress-avtobuslar fəaliyyət göstərərək tamaşaçıları metro stansiyalarından stadiona çatdıracaq.

Xatırladaq ki, IV İslam Həmrəyliyi oyunları Bakıda mayın 12-dən 22-dək keçirildi. Burada 24 idman növü üzrə bütün İslam ölkələri iştirak etdilər.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1077

Son xəbərlər

Bütün xəbərlər