Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

16:24 - 23 / 05 / 2017
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Mayın 23-də Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Fikri İşık arasında görüş keçirilib.

1news.az-ın məlumatına görə, tərəflər Azərbaycan ilə Türkiyənin hərbi əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd ediblər.

Regional və qlobal səviyyədə sülhə və sabitliyə töhfə vermək məqsədilə fəaliyyətlərin davam etdirilməsi, birgə təlimlərin keçirilməsi, mütəxəssislərdən ibarət işçi görüşlərinin təşkili, eləcə də hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.

Babək Cahandarov

Paylaş:
563

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər