İran saytları IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindən yazıb - FOTO
İranın İRNA, “Mehr” və “Tabnak” xəbər agentlikləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindən yazıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, qeyd olunub ki, İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi açılış mərasimi kimi möhtəşəm olub. İran idmançıları ümumilikdə 98 medal qazanıblar ki, onların da 39 qızıl, 26 gümüş, 33-ü isə bürüncdür. Yarışlara ev sahibliyi edən Azərbaycan ümumi hesabda bütün komandaları arxada qoyaraq 75 qızıl medalla IV İslam Həmrəylik Oyunlarının qalibi olub.
Qeyd edilib ki, hakimlərin ədalət prinsipini əsas tutduğu bu beynəlxalq idman yarışında idmançılar üçün də yaxşı şərait yaradılıb. Təşkilatçılar yeməklərin də tam halal məhsullardan hazırlanmasını nəzərə alıblar.
Vurğulanıb ki, yarışlarda 54 ölkədən 22 idman növü üzrə 3 mindən çox idmançı çıxış edib. Oyunları televiziyalar vasitəsilə 1 milyard insan izləyib. Oyunlar müvəffəqiyyətlə başa çatıb.
“Tabnak” saytı isə bağlanış mərasiminin möhtəşəmliyini əks etdirən fotosessiya təqdim edib.
S.Xankişiyeva