Brüsseldən Ərdoğanın tərəfdarlarına və əleyhdarlarına aksiya qadağası
Mayın 25-də NATO-nun sammitində iştirak etmək üçün Brüsselə səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarlarına və əleyhdarlarına hər hansı aksiya keçirmək qadağan edilib.
1news.az xəbər verir ki, bu barədə şəhər meri İvan Mayor məlumat verib.
Onun sözlərinə görə, bu qadağa ilk növbədə türklərin sıx yaşadığı Brüsselin mərkəzi küçələrində tətbiq ediləcək.
Qeyd edək ki, İ.Mayor daha əvvəl Ərdoğanın Brüsselə səfəri zamanı onun tərəfdarlarının keçirmək istədiyi aksiyaya təhlükəsizlik səbəbindən icazə verilmədiyini açıqlayıb.
Martın sonunda Brüsseldə Ərdoğan tərəfdarları ilə əleyhdarları arasındakı kütləvi davada 5 nəfər yaralanmışdı. Həmin qarşıdurmada 200 nəfərə yaxın iştirak edib.
Bu yaxınlarda isə Ərdoğanın Vaşinqtona səfəri zamanı yenidən qarşıdurma baş verdi.
Pərvanə Sultanova