Tramp adminstrasiyası Azərbaycana maliyyə yardımını azaldır | 1news.az | Xəbərlər
Dünya

Tramp adminstrasiyası Azərbaycana maliyyə yardımını azaldır

15:02 - 24 / 05 / 2017
Tramp adminstrasiyası Azərbaycana maliyyə yardımını azaldır

ABŞ prezidentinin administrasiyası 2018-ci il büdcəsi ilə bağlı Konqresə tövsiyələrini açıqlayıb.

1news.az “Massis Post”a istinadla xəbər verir ki, yeni büdcədə xarici ölkələrə maliyyə yardımını  azaldılıb.

Belə ki, tövsiyələrdə 2018-ci ildə ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir.

Ermənistana maliyyə yardımı 67 faiz azalaraq 7 milyon təşkil edəcək. 2017-ci ildə Ermənistana ayrılmış maliyyə yardımı 20,4 dollar olub.

Tramp administrasiyası Gürcüstan və Ukraynaya nəzərdə tutulan maliyyə yardımını da azaldır. Belə ki, Gürcüstana maliyyə yardımın 58 faiz, Ukraynaya isə 70 faiz azaldılması nəzərdə tutulub.

Pərvanə Sultanova

Paylaş:
733

Son xəbərlər

Bütün xəbərlər