NATO sammitinin təhlükəsizliyini qartallar da təmin edəcək | 1news.az | Xəbərlər
Dünya

NATO sammitinin təhlükəsizliyini qartallar da təmin edəcək

21:30 - 24 / 05 / 2017
NATO sammitinin təhlükəsizliyini qartallar da təmin edəcək

NATO-nun Brüsseldə keçiriləcək sammitinin təhlükəsizliyini 4 min polis əməkdaşından başqa, xüsusi təlim görmüş qartallar da təmin edəcək.

1news.az-ın məlumatına görə, Brüssel polisi qartalları kiçik pilotsuz uçuş aparatları ilə mübarizə məqsədilə təhlükəsizlik tədbirlərinə cəlb edəcək.

Sözügedən qartalların qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün qonşu Niderlandda xüsusi təlim keçdiyi bildirilir.

Bundan başqa, 29 ölkənin dövlət və hökumət başçılarının Zirvə toplantısının təhlükəsizliyini təmin etmək məqsədilə Brüsselə Lüksemburq polisi də dəvət olunub.

1news.az

Paylaş:
1087

Son xəbərlər

Bütün xəbərlər