Türkiyədə antiterror əməliyyatı nəticəsində 29 PKK-çı öldürülüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə antiterror əməliyyatı nəticəsində 29 PKK-çı öldürülüb

13:29 - 26 / 05 / 2017
Türkiyədə antiterror əməliyyatı nəticəsində 29 PKK-çı öldürülüb

Türkiyənin şərqində yerləşən Ağrı vilayətində dünən keçirilən antiterror əməliyyatı nəticəsində azı 29 PKK silahlısı öldürülüb.

Əməliyyatın gedişində həmçinin 3 hərbçi və 1 gözətçisi həyatını itirib. Bölgədə əməliyyat hazırda da davam edir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, vilayət administrasiyasından bildiriblər.

“PKK silahlıları Van-Çaldıran avtomobil yolunda 3 yük maşınını yandırdıqdan sonra jandarmeriyanın xüsusi təyinatlı bölmələri əməliyyata başlayıb. Döyüşlər nəticəsində 29 silahlı öldürülüb, 3 jandarmeriya əməkdaşı və 1 təhlükəsizlik qoruyucusu həyatını itirib”, - məlumatda deyilir.

Xatırladaq ki, 2015-ci ilin iyul ayında silahlı münaqişənin yenidən başlamasından sonra PKK silahlılarının hücumu nəticəsində 900-dək hərbçi və polis, həmçinin 300 mülki şəxs həlak olub. Türkiyə Müdafiə Nazirliyinin məlumatına əsasən, bu dövr ərzində təhlükəsizlik qüvvələri 10 min nəfərdən çox PKK üzvünü zərərsizləşdirib.

Babək Cahandarov

Paylaş:
827

Son xəbərlər

Bütün xəbərlər