Bakıda faciə: otelin şüşələrini təmizləyərkən yıxıldılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda faciə: otelin şüşələrini təmizləyərkən yıxıldılar

16:43 - 27 / 05 / 2017
Bakıda faciə: otelin şüşələrini təmizləyərkən yıxıldılar

Bakıda faciəli hadisə baş verib.

1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

 Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

 

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər